“Çox çətin səfər idi. Düşünürəm ki, burada bütün klublar çətinlik çəkir”.
Bu sözləri “Qarabağ” klubunun müdafiəçisi Toral Bayramov “Liverpul” komandası ilə oyundan sonra deyib.
Futbolçu qeyd edib ki, qarşılaşma istədikləri kimi alınmayıb:
“Bu gün həm sevindirici, həm də üzücü anlar yaşadıq. Oyun istədiyimiz kimi getmədi. Amma 1/16 mərhələsinə vəsiqə qazandıq. Buna görə sevincliyik”, - deyə o, AZƏRTAC-a açıqlamasında deyib
Toral Bayramov vurğulayıb ki, komanda qarşıdakı mərhələdə ölkəni layiqincə təmsil etməyə çalışacaq.
