Futbol üzrə Rumıniya milli komandasının baş məşqçisi Mirça Luçesku təcili xəstəxanaya yerləşdirilib.
İdman.Biz xəbər verir ki, məlumata görə, 2025-ci ilin sonlarında mütəxəssisin ürəklə bağlı problemləri kəskinləşib və soyuqdəymə xəstəliyi vəziyyəti daha da ağırlaşdırıb.
Rumıniya mətbuatının yazdığına görə, 80 yaşlı Luçesku Rumıniya klublarının Antalyada keçiriləcək təlim-məşq toplanışlarını buraxmalı olacaq.
Son məlumatlara əsasən, xəstəxanada Luçeskunun səhhəti daha da pisləşib.
