UEFA Konfrans Liqası: “Kristal Palas” öz meydançasında Kipr klubunu məğlub edə bilməyib - YENİLƏNİB + VİDEO

13 Mart 2026 02:01
285
UEFA Konfrans Liqası: “Kristal Palas” öz meydançasında Kipr klubunu məğlub edə bilməyib

İngiltərənin “Kristal Palas” və Kiprin “AEK Larnaka” komandaları arasında 2025/2026 mövsümünün Konfrans Liqasının 1/8 final mərhələsinin ilk oyunu başa çatıb.

İngiltərənin London şəhərindəki “Selhurst Park” stadionunda keçirilən oyun 0:0 hesablı heç-heçə ilə bitib.

Konfrans Liqasının 1/8 final mərhələsinin digər oyunlarında nəticələr belə olub:

“Siqma Olomouts” – “Mayns” – 0:0
“Fiorentina” – “Rakuv” – 2:1
“Selye” – “AEK Afina” – 0:4

23:48

“Samsunspor” və “Rayo Valyekano” arasında Konfrans Liqasının 1/8 final mərhələsinin ilk oyunu başa çatıb. Matç 3:1 hesabı ilə İspaniya klubunun qələbəsi ilə bitib.

“Samsunspor”un qolunu 21-ci dəqiqədə Marius Muandilmaci vurub. “Rayo Valyekano”da Aleşandre Juravski (15, 78) və Alvaro Qarsiya (40) fərqləniblər.

Konfrans Liqasının 1/8 final mərhələsinin digər oyunlarında nəticələr belə olub:

“Rieka” – “Strasburq” – 1:2
“AZ Alkmaar” – “Sparta” – 2:1
“Lex” – “Şaxtyor” – 1:3

09:56

Bu gün UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin ilk qarşılaşmaları baş tutacaq.

İdman.Biz keçiriləcək oyunların cədvəlini təqdim edir:

UEFA Konfrans Liqası (1/8 final, ilk oyunlar)

21:45 “AZ Alkmaar” - “Sparta Praqa”
21:45 “Lex” - “Şaxtyor”
21:45 “Riyeka” - “Strasburq”
21:45 “Samsunspor” - “Rayo Valyekano”
23:59 “Kristal Palas” - “AEK Larnaka”
23:59 “Sele” - “AEK Yunanıstan”
23:59 “Fiorentina” - “Rakuv”
23:59 “Siqma Olomouts” - “Maynts”

İdman.Biz