"Parma" rəsmi saytında "Atalanta" və Mali millisinin hücumçusu El Bilal Turenin icarəyə götürüldüyünü açıqlayıb.
İdman.Biz bildirir ki, oyunçu ilə icarə müqaviləsi 2027-ci ilin yayına qədərdir.
El Bilal Ture 2023-cü ildən "Atalanta"da çıxış edir, lakin bu müddət ərzində o, həmçinin "Ştutqart" və "Beşiktaş"da icarə əsasında oynayıb. Ötən mövsüm o, İstanbul komandasında bütün yarışlarda 26 oyun keçirib, yeddi qol vurub və beş məhsuldar ötürmə edib. Ture əvvəllər "Reyms" və "Almeriya"da da oynayıb.
Transfermarkt-ın məlumatına görə, onun hazırkı bazar dəyəri 15 milyon avrodur.
