“Real” klubunun baş məşqçisi Alvaro Arbeloa Çempionlar Liqasının ümumi mərhələsinin yeddinci turunda “Monako”ya qarşı keçiriləcək oyun ərəfəsində fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, AS nəşrinə açıqlamasında Arbeloa komandasının hazırkı durumundan razı qaldığını bildirib.
“Komanda yaxşı formadadır və qətiyyətlidir. Şənbə günü qazandığımız qələbədən sonra, bu turnirin nə qədər vacib olduğunu bilə-bilə, qalibiyyət bizi məqsədimizə daha da yaxınlaşdıracaq. Bunun əhəmiyyətini dərk edirik”, - deyə Arbeloa söyləyib.
Hazırda “Real” 12 xalla Çempionlar Liqasının ümumi mərhələsində yeddinci pillədə qərarlaşıb. “Monako” isə doqquz xalla 19-cu yerdədir.
Qarşılaşma bu gün Bakı vaxt ilə saat 23:59-da Madriddə, “Santyaqo Bernabeu” stadionunda baş tutacaq.
