Hazırda “İnter”də icarə əsasında çıxış edən müdafiəçi Manuel Akanji yanvar transfer pəncərəsində “Mançester Siti”yə qayıtmaq ehtimalını qəti şəkildə istisna edib.
İdman.Biz xəbər verir ki, futbolçu bu mövzu ilə bağlı açıqlamasında bunun mümkün olmadığını bildirib.
Akanji daha sonra fikrini dəqiqləşdirərək əlavə edib:
“Əvvəlki sual qışda geri dönüb-dönməyəcəyimlə bağlı idi və mən buna “yox” cavabı verdim. Mövsümün sonunda nə olacağı təkcə məndən asılı deyil, amma burada çox xoşbəxtəm və ümid edirəm ki, bu davam edər. Görək nə baş verəcək.”
Qeyd edək ki, müdafiəçi mövsümün sonuna qədər “İnter”də qalmaq niyyətindədir və yanvar pəncərəsində klub dəyişikliyi gündəmdə deyil.
