La Liqa: “Betis” “Vilyarreal” üzərində inamlı qələbə qazanıb - YENİLƏNİB + VİDEO

18 Yanvar 2026 02:09
292
La Liqa: “Betis” “Vilyarreal” üzərində inamlı qələbə qazanıb

İspaniya La Liqasının 20-ci turunun “Betis” və “Vilyarreal” komandaları arasında keçirilən oyun başa çatıb.

İdman.Biz bildirir ki, matç Sevilya şəhərindəki “Olimpiko de Sevilla - La Kartuja” stadionunda oynanılıb. Ev sahibi komanda matçı 2:0 hesabı ilə qazanıb.

“Betis”in hücumçusu Aytor Ruibal 57-ci dəqiqədə hesabı açıb. Yarımmüdafiəçi Pablo Fornals 83-cü dəqiqədə ev sahibi komandanın üstünlüyünü ikiqat artırıb.

00:24

“Osasuna” İspaniya La Liqasının 20-ci turunda evdə “Ovyedo”nu 3:2 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, ev sahiblərindən Ante Budimir iki qol vurub. Xorvatiyalı 45 və 75-ci dəqiqələrdə fərqlənib. Viktor Munyos 90+2-ci dəqiqədə qol vurub. Qonaqlardan Federiko Vinyas (40-cı dəqiqə) və Alberto Reyna (68-ci dəqiqə) qol vurublar.

21:33

İspaniya La Liqasının 20-ci turunun “Malyorka” və “Atletik Bilbao” komandaları arasında keçirilən oyun başa çatıb.

İdman.Biz xəbər verir ki, oyun Palma de Malyorkadakı “Malyorka Son Moix” stadionunda baş tutub.

Meydan sahibləri 3:2 hesabı ilə qalib gəliblər.

“Malyorka”nın hücumçusu Vedat Muriki hesabı beşinci dəqiqədə açıb. Üç dəqiqə sonra “Atletik Bilbao”nun yarımmüdafiəçisi Unai Qomes bərabərlik qolunu vurub. Vedat Muriki 42-ci dəqiqədə ikinci qolunu vurub. Qonaqlar üç dəqiqə sonra hücumçu Niko Uilyamsın qolu ilə hesabı yenidən bərabərləşdiriblər. 69-cu dəqiqədə Muriki penalti zərbəsini dəqiq yerinə yetirərək het-trik edib.

19:06

İspaniya La Liqasının 20-ci turunun “Real Madrid” və “Levante” komandaları arasında keçirilən oyun başa çatıb.

İdman.Biz xəbər verir ki, “Santyaqo Bernabeu” stadionunda keçirilən qarşılaşma Madrid klubunun 2:0 hesablı qələbəsi ilə bitib.

“Real Madrid”in hücumçusu Kilian Mbappe 58-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirərək hesabı açıb. Müdafiəçi Raul Asensio 65-ci dəqiqədə ev sahibi komandanın üstünlüyünü ikiqat artırıb.

İdman.Biz