Dennis Şmitt: “Bu görüşə ciddi şəkildə hazırlaşmışıq və yaranacaq imkanlardan maksimum istifadə etmək niyyətindəyik”

Xəbərlər
20 Yanvar 2026 16:49
55
Dennis Şmitt: “Bu görüşə ciddi şəkildə hazırlaşmışıq və yaranacaq imkanlardan maksimum istifadə etmək niyyətindəyik”

“Qarabağ”la qarşılaşmadan əldə olunacaq xallar komandamız üçün son dərəcə önəmlidir.

İdman.Biz xəbər verir ki, bu sözləri Almaniyanın “Ayntraxt” komandasının müvəqqəti baş məşqçisi Dennis Şmitt UEFA Çempionlar Liqasının əsas mərhələsinin yeddinci turunda Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri oyun barədə danışarkən deyib.

Mütəxəssis komandasının Bakıda uğurlu çıxış edəcəyinə ümid etdiyini vurğulayıb:

“Bu görüşə ciddi şəkildə hazırlaşmışıq və yaranacaq imkanlardan maksimum istifadə etmək niyyətindəyik. Meydanda hücumameyilli futbol sərgiləməyə köklənmişik, yalnız müdafiəyə çəkilmək fikrimiz yoxdur. Turnirdə yolumuza davam etmək üçün real şanslarımız var. “Qarabağ”la oyunda qazanılacaq hər bir xal bizim üçün həlledici ola bilər. Baş məşqçi dəyişikliyi isə müəyyən mənada üstünlüyümüzə işləyə bilər, çünki rəqib hansı taktiki yanaşmanı seçəcəyimizi tam proqnozlaşdıra bilməz”.

Qeyd edək ki, yanvarın 21-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.

İdman.Biz