“Fulhem” Oskar Bobb üçün danışıqlara başladı

Xəbərlər
20 Yanvar 2026 18:03
45
“Fulhem” Oskar Bobb üçün danışıqlara başladı

“Fulhem” klubu “Mançester Siti”nin gənc futbolçusu Oskar Bobbun transferi ilə bağlı hərəkətə keçib. London təmsilçisi norveçli vingeri birdəfəlik transfer etmək üçün qarşı tərəflə danışıqlar aparır.

İdman.Biz xəbər verir ki, “Fulhem”in təklifi təxminən 35 milyon funt sterlinq (80 milyon AZN) ətrafındadır və hazırda bu məbləğ üzərində “Mançester Siti” ilə müzakirələr davam edir.

Eyni zamanda Almaniyanın “Borussiya Dortmund” klubu da dekabr ayından etibarən Oskar Bobbla maraqlanır. Bundesliqa təmsilçisinin yaxın vaxtlarda rəsmi təklif verib-verməmək barədə qərar qəbul edəcəyi qeyd olunur.

Qeyd edək ki, Oskar Bobb son mövsümlərdə “Mançester Siti”nin gənc oyunçuları arasında xüsusi diqqət çəkən adlardan biri hesab olunur.

İdman.Biz