Əliyar Ağayev Avropa Liqasının oyununa təyinat alıb - VİDEO

20 Yanvar 2026 17:49
211
Əliyar Ağayev Avropa Liqasının oyununa təyinat alıb - VİDEO

Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA-dan yeni təyinat alıb.

İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, o, UEFA Avropa Liqasının əsas mərhələsində yanvarın 22-də İsveçrədə “Yanq Boyz” və Fransanın “Lion” komandaları arasında keçiriləcək matçın baş hakimi olacaq.

Ə.Ağayevə bu görüşdə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Tural Qurbanov yerinə yetirəcək.

İdman.Biz