İspaniya La Liqasının 20-ci turu çərçivəsində “Xeta” - “Valensiya” qarşılaşması qonaqların qələbəsi ilə başa çaıb.
İdman.Biz xəbər verir ki, yeganə qolu 84-cü dəqiqədə Xose Qaya vurub.
Qələbə sayəsində "Valensiya" xallarını 20-yə çatdıraraq aşağı liqaya düşmək həddindən bir pillə uzaqlaşaraq 17-ci sırada qərarlaşıb. "Xetafe" isə 21 xalla 15-ci yerdədir.
18:45
İspaniya La Liqasının 20-ci turu çərçivəsində “Real Betis” “Vilyareal”ı qəbul edib.
İdman.Biz xəbər verir ki, ev sahibi komandanın açıq üstünlüyü şəraitində keçən oyun 2:0 hesabı ilə başa çatıb.
Qolları 57-ci dəqiqədə Aytor Ruibal və 83-cü dəqiqədə Pablo Fornalas vurub. Qonaq komandanın oyunçusu Santi Komesaniya 76-cı dəqiqədə komandasını azlıqda qoyub.
Bu qələbədən sonra “Betis” xallarını 32-yə çatdıraraq altıncı pilləyə yüksəlib. “Vilyareal” isə çempionluq yolunda xal itirərək 41 xalla üçüncü pillədə qərarlaşıb.
