“Real” (Madrid) rəhbərliyi komandanı fitə basan şəxslərin gələcəkdə ev stadionuna buraxılmayacağı barədə xəbərdarlıq edib.
İdman.Biz xəbər verir ki, bu barədə kluba yaxın mənbə məlumat yayıb.
Klubun təhlükəsizlik xidməti evdə “Levante”yə qarşı keçiriləcək oyun zamanı videomüşahidə kameralarının görüntülərini diqqətlə izləyəcək.
Bildirilib ki, stadion daxilində komandaya qarşı fit çalan azarkeşlər müəyyən edilərək sanksiya ilə üzləşə bilər. Klubda vurğulanıb ki, fit çalmaq istəyənlər bunu arena xaricində edə bilərlər.
