PSJ klubu “Çelsi”nin yarımmüdafiəçisi Enso Fernandesi transfer siyahısına daxil edib.
İdman.Biz “L’Equipe” nəşrinə istinadla xəbər verir ki, PSJ argentinalı futbolçunu yaxından izləyir və London klubunda son dövrlərdə yaşanan dəyişiklikləri də nəzərə alaraq vəziyyəti qiymətləndirir.
Qeyd olunur ki, “Çelsi”də baş məşqçi Enzo Mareskanın gedişi və Liam Roseniorun təyinatı fonunda klub daxilində müəyyən qeyri-sabitlik yaranıb və PSJ bunu potensial fürsət kimi dəyərləndirir.
Bununla belə, Paris təmsilçisinin bu transfer pəncərəsində Fernandez üçün rəsmi addım atmayacağı bildirilir.
Xatırladaq ki, Enso Fernandes “Çelsi”yə 121 milyon avro (240 milyon AZN) qarşılığında transfer olunub və bu müddət ərzində klubun heyətində 145 oyuna çıxıb.
