“Neftçi” - “Kayrat” oyununun vaxtı müəyyənləşdi

Xəbərlər
2 Yanvar 2026 15:20
45
“Neftçi” - “Kayrat” oyununun vaxtı müəyyənləşdi

Mövsümün ikinci hissəsinin hazırlıqlarını Abu Dabidə keçirəcək “Neftçi” hazırlıq prosesi çərçivəsində 3 yoxlama oyununa çıxacaq.

İdman.Biz xəbər verir ki, “ağ-qaralar”ın ilk görüşü “Kayrat”a (Qazaxıstan) qarşı olacaq. Oyun yanvarın 9-na planlaşdırılıb. Görüşün başlama saatı yerli vaxtla 19:00-a nəzərdə tutulub.

“Neftçi”nin digər 2 rəqibi isə Misir və Çin klubları olacaq. Həmin kollektivlərlə qarşılaşmalar yanvarın 12-si və 16-na planlaşdırılıb.

“Neftçi” sonuncu görüşlə Abu-Dabi toplanışını başa vuracaq və yanvarın 17-də Azərbaycana qayıdacaq.

İdman.Biz
Məqalədə: