Türkiyənin “Fənərbağça” klubunun El Karuani transferində gözlənilməz maneə ilə üzləşdiyi bildirilir.
İdman.Biz “Sabah” qəzetinə istinadla xəbər verir ki, “Fənərbağça” Niderlandın “Utrext” komandasının sol cinah müdafiəçisi El Karuani ilə razılıq əldə etsə də, vəziyyət Sofyan Amrabatın müdaxiləsindən sonra dəyişib.
Mənbəyə görə, “Fənərbağça”nın “Real Betis”ə icarəyə verdiyi Sofyan Amrabat əvvəlcə həmyerlisi El Karuani ilə danışaraq klubu müsbət təqdim edib. Lakin daha sonra o, futbolçunu “Real Betis”ə tövsiyə edib və bu addım İspaniya klubunun oyunçu tərəfi ilə əlaqə saxlamasına səbəb olub.
Bildirilir ki, “Fənərbağça” El Karuaniyə dörd illik müqavilə və illik 1,3 milyon avro maaş təklif edib. Mövsümün sonunda müqaviləsi başa çatan futbolçunu azad agent kimi heyətə qatmaq istəyən İstanbul klubu “Real Betis”in hərəkətə keçməsindən sonra danışıqları sürətləndirə bilər.
