Serxio Ramos Avropa klubu ilə danışıqlar aparır

Xəbərlər
30 Dekabr 2025 11:45
41
Serxio Ramos Avropa klubu ilə danışıqlar aparır

Madridin “Real” klubunun sabiq müdafiəçisi Serxio Ramos Avropaya qayıda bilər.

İdman.Biz xəbər verir ki, bu barədə “Actu Foot” məlumat yayıb.

Mənbənin məlumatına görə, futbolçunun transferində Fransanın “Nitsa” klubu maraqlıdır. Hazırda Ramosla klub nümayəndələri arasında danışıqlar davam edir.

“Nitsa” Avropa futboluna qayıtmağı hədəfləyən ispan mərkəz müdafiəçisi ilə müqavilə imzalamaq imkanını nəzərdən keçirir. Qeyd olunur ki, Fransa təmsilçisinin yanaşması kifayət qədər ciddidir və tərəflər arasında müzakirələr artıq aparılır.

39 yaşlı Ramosun son klubu bu ilin dekabr ayının əvvəlində ayrıldığı Meksikanın “Monterrey” komandası olub.

İdman.Biz
Məqalədə: