Niderlandın “Tvente” futbol komandası UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la keçirəcəyi cavab qarşılaşmasından əvvəl Bakıda məşqə çıxıb.
İdman.Biz xəbər verir ki, Con van den Bromun rəhbərlik etdiyi komanda qarşılaşmanın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda son məşqini keçirib.
Niderland təmsilçisinin futbolçuları məşq zamanı stadionun ot örtüyünü sınaqdan keçirib və cavab matçına hazırlığı başa vurublar.
“Qarabağ” – “Tvente” oyunu avqustun 27-də saat 20:00-da başlayacaq.
Qeyd edək ki, komandalar arasında Niderlandda keçirilən ilk qarşılaşmada “Qarabağ” 1:0 hesabı ilə qalib gəlib.
Foto: İslam Atakişiyev
