Holand “Barselona”ya keçə bilər? - Makmanaman ehtimalı dəyərləndirdi

26 Avqust 2026 17:19
90
Holand “Barselona”ya keçə bilər? - Makmanaman ehtimalı dəyərləndirdi

İngiltərənin “Mançester Siti” futbol komandasının hücumçusu Erlinq Holandın gələcəkdə “Barselona”ya keçməsi ilə bağlı müzakirələr yenidən gündəmə gəlib.

İdman.Biz xəbər verir ki, “Real” və “Mançester Siti”nin sabiq futbolçusu Stiv Makmanaman GOAL-a açıqlamasında belə bir transferin mümkünlüyünü şərh edib.

“Hamıda Holandın İspaniyada oynamaq istədiyi ilə bağlı bir təsəvvür var. Bəlkə də belə olacaq. Ancaq “Barselona”nın onu almağa maliyyə imkanının olub-olmaması başqa sualdır. Ola bilər ki, onlar uzunmüddətli plan qururlar”, - Makmanaman deyib.

Norveçli hücumçunun “Mançester Siti” ilə müqaviləsi 2034-cü ilə qədərdir. O, İngiltərə klubunun heyətində 200 matçda 162 qol vurub.

Makmanaman “Barselona”nın Robert Levandovski və Ferran Torresin gedişindən sonra klassik mərkəz hücumçusuna ehtiyac duyduğunu da vurğulayıb.

İdman.Biz