“Sabah”ın legioneri: “Bu, heç nə demək deyil”

Xəbərlər
23 Dekabr 2025 16:31
49
“Sabah”ın legioneri: “Bu, heç nə demək deyil”

“Bizim üçün əla oyun oldu”.

Bu sözləri “Sabah”ın futbolçusu Velko Simiç deyib.

Yarımmüdafiəçi “Sumqayıt”a qalib gəldikləri Misli Premyer Liqasının 16-cı turunun oyunu ilə bağlı fikirlərini bölüşüb.

“Düşünürəm ki, matça çox yaxşı başladıq. Qolları da lazımi vaxtda vurduq. Mövsümün ilk yarısını birinci pillədə başa vurduq ki, buna görə çox xoşbəxtik”, - deyə o, sport24.az-a açıqlamasında deyib.

Serbiyalı oyunçu hazırkı durumdan zövq aldıqlarını vurğulayıb:

“Artıq üç-dörd aydır ki, məğlub olmuruq. Amma bu, heç nə demək deyil. Bunun davamını gətirməliyik. Bir az dincələcəyik, daha sonra qaldığımız yerdən, daha güclü şəkildə davam edəcəyik”.

İdman.Biz