Məşhur klub “Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi üçün israr edir

Xəbərlər
20 Dekabr 2025 16:00
47
Məşhur klub “Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi üçün israr edir

Braziliyanın “Botafoqo” klubu “Qarabağ”ın yarımmüdafiəçisi Pedro Bikalyo ilə bağlı Ağdam klubuna ikinci rəsmi təklifini göndərib.

İdman.Biz xəbər verir ki, bu barədə Braziliyanın “Globo” nəşri məlumat yayıb.

Qeyd olunur ki, dayaq yarımmüdafiəçisi transferi “Botafoqo”nun yay transfer pəncərəsində əsas prioritetlərindən biridir.

Danışıqlar futbolçunu agenti Breno Şartye tərəfindən aparılır. Hələlik Pedro Bikalyo ilə “Botafoqo” arasında maaş məsələsi müzakirə olunmayıb. Bununla belə, futbolçunun Braziliya futboluna mümkün qayıdışa müsbət yanaşdığı bildirilir.

Xatırladaq ki, Pedro Bikalyo “Kruzeyro” və “Palmeyras”ın akademiyalarında yetişib və peşəkar debütünü də “Palmeyras”da edib. Daha sonra Portuqaliyada “Santa Klara” və “Alverka” klublarında çıxış edən yarımmüdafiəçi bu yay “Qarabağ”a keçib.

İdman.Biz
Məqalədə: