Samir Abasov ölkə xaricindən təklif alıb: “Danışıqlar davam edir”

Xəbərlər
17 Dekabr 2025 17:14
50
Samir Abasov ölkə xaricindən təklif alıb: “Danışıqlar davam edir”

Bir müddət əvvəl “Neftçi” ilə yollarını ayıran Samir Abasov ölkə xaricindən təklif alıb.

İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki 47 yaşlı mütəxəssisin özü məlumat verib.

O, qarşı tərəflə danışıqların aparıldığını bildirib: “İki tərəf arasında olan söhbətlərdir. Hansı ölkə olduğunu deyə bilməyəcəyəm. Yalnız dəqiqləşdikdən sonra məlumat verəcəyik”.

S.Abasov son günlər adının “Araz-Naxçıvan” və “Turan-Tovuz”la hallanmasına da münasibət bildirib: “Azərbaycan klublarının heç birindən təklif almamışam. Ümumiyyətlə, danışıqlarımız olmayıb”.

Mütəxəssis “Neftçi” haqqında isə danışmaq istəmədiyini vurğulayıb.

İdman.Biz