Türkiyənin “Trabzonspor” futbol komandasının yeni baş məşqçisinin adına rəsmən aydınlıq gəlib.
İdman.Biz xəbər verir ki, Qara dəniz təmsilçisi 52 yaşlı almaniyalı mütəxəssis Tomas Reysin komandanın “sükanı arxasına” keçdiyini açıqlayıb. Onun təqdimat və imza mərasimi bu gün keçiriləcək.
Reys məşqçilik karyerasına Almaniyanın “Boxum” klubunda başlayıb. Daha sonra “Şalke”də çalışan mütəxəssis 2024-2026-cı illərdə Türkiyənin “Samsunspor” komandasına rəhbərlik edib.
Almaniyalı məşqçinin rəhbərliyi altında “Samsunspor” 72 oyuna çıxıb. Komanda bu görüşlərdə 33 qələbə qazanıb, 18 dəfə heç-heçə edib və 21 qarşılaşmada məğlub olub.
Reysin son iş yeri Bolqarıstanın “Ludoqorets” klubu olub.
Maraqlıdır ki, mütəxəssisin “Trabzonspor”un baş məşqçisi kimi ilk rəsmi oyunu lider “Qalatasaray”a qarşı olacaq. Qarşılaşma şənbə günü Papara Parkda keçiriləcək.
