AFFA Gənclər Liqasında çıxış edən “Sumqayıt”ın futbolçusu Nihat Ağalı beş oyunluq cəzalandırılıb.
İdman.Biz xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.
Oyunçu “Araz-Naxçıvan”la matçda hakimi təhqir etdiyi üçün qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.
Ona beş oyunluq cəza tətbiq edilib.
