“Çelsi”nin hücumçusu Alexandro Qarnaço oyunlarda start heyətində yer alması və ya sonradan meydana daxil olması məsələsinə münasibət bildirib.
İdman.Biz xəbər verir ki, argentinalı futbolçunun fikirlərini “Sportarena” dərc edib.
O, bu mövzunun komanda daxilində əsas müzakirə predmeti olmadığını vurğulayıb.
“Bəzən oyuna ilk dəqiqələrdən başlayırsan, bəzən isə ehtiyatdan meydana çıxırsan. Biz buna fokuslanmırıq”.
Qarnaço əlavə edib ki, əsas məqsəd komandaya lazım olan anda kömək etməkdir:
“Biz sadəcə ehtiyac olanda komandaya dəstək verməyə çalışırıq. Qarşımızda duran bütün hədəflər uğrunda mübarizə aparacağıq. Növbəti mərhələ yarımfinaldır”.
Qeyd edək ki, ötən gecə “Çelsi” səfərdə “Kardiff Siti”ni məğlub edərək İngiltərə Liqa Kubokunun yarımfinalına yüksəlib. Alexandro Qarnaço oyunda dublla yadda qalıb.
