Raul Asensio təhqirlə üzləşib

Xəbərlər
16 Dekabr 2025 19:15
39
Raul Asensio təhqirlə üzləşib

“Real”(Madrid) klubunun müdafiəçisi Raul Asensio ilə bağlı insident yaşanıb.

İdman.Biz bu barədə İspaniya KİV-ə istinadən məlumat yayıb.

“Alaves” azarkeşləri matç zamanı futbolçunu təhqir edərək “Asensio, alçaq, Vitorianı tərk et” şüarları səsləndiriblər.

Buna cavab olaraq Asensio tribunalardakı azarkeşləri yamsılayıb. Bu anlar Movistar telekanalının canlı yayımına düşüb.

Futbolçu baş verənlərə sosial şəbəkələrdə münasibət bildirib. O, paylaşımında “Əla oyun. +3 xal” sözlərini yazıb və səsləndirilən təhqirlərin qınanması ilə razılaşdığını vurğulayıb.

Məlumat üçün əlavə edə ki, “Real"(Madrid) İspaniya La Liqasının 16-cı turunda “Alavés”i səfərdə 2:1 hesabı ilə məğlub edib.

İdman.Biz

Məqalədə: