“Neftçi”nin sabiq futbolçusu: “2027-ci ildə dünya futbolunun nəbzi Azərbaycan və Özbəkistanda döyünəcək”

Xəbərlər
15 Dekabr 2025 18:13
56
“Neftçi”nin sabiq futbolçusu: “2027-ci ildə dünya futbolunun nəbzi Azərbaycan və Özbəkistanda döyünəcək”

“Azərbaycan və Özbəkistanın 2027-ci il dünya çempionatına ev sahibliyi edəcəyini biləndə çox sevindim”.

Bu sözləri Özbəkistan millisinin və “Neftçi”nin sabiq futbolçusu Bahodir Nəsimov deyib.

Veteran hücumçu bu məsuliyyətli işdə hər iki ölkəyə uğurlar arzulayıb:

“İnşallah, hər iki ölkənin yığması ilk “üçlük”də yer alar. Bu, möhtəşəm uğur olar. Dünya çempionatı həm futbolun inkişafına töhfə verəcək, həm də agentlər futbolçuları yaxından izləyəcəklər. Belə yarışlar gənc oyunçular üçün böyük fürsətlər yaradır. Əgər özlərini yaxşı tərəfdən göstərə bilsələr, Avropanın güclü klublarına gedən yol onlar üçün açıq olacaq. Bunun üçün futbolçular artıq indidən ciddi şəkildə çalışmalı, oynadıqları oyunu analiz etməli və işə məsuliyyətlə yanaşmalıdırlar”, - deyə o, AZƏRTAC-a açıqlamasında deyib.

B. Nasimovun sözlərinə görə, dünya çempionatı hər iki ölkə üçün böyük imkanlar gətirəcək:

“Dünya futbolunun nəbzi Azərbaycan və Özbəkistanda döyünəcək. Əsas məsələ odur ki, futbolçular özlərini layiqincə göstərsinlər, yaxşı oyun sərgiləsinlər və qələbələr qazansınlar. Bu barədə sonra yox, məhz indi düşünmək lazımdır. İnşallah, bu çempionat həm Azərbaycan, həm də Özbəkistan üçün uğurlu olacaq və iki qardaş ölkə yüksək səviyyəli, gözəl futbol nümayiş etdirərək, bütün dünyaya öz sözünü deyəcək”.

Qeyd edək ki, U-20 dünya çempionatının Azərbaycan və Özbəkistanda keçirilməsi barədə qərar FIFA Şurasının bu il oktyabrın 2-də baş tutan iclasında qəbul edilib.

İdman.Biz