“Mançester Siti”nin yarımmüdafiəçisi Fil Foden İngiltərə Premyer Liqasında yüksək məhsuldarlıqla diqqət çəkir.
İdman.Biz xəbər verir ki, 16-cı turda “Kristal Palas”la səfər matçında (3:0) fərqlənən ingilis futbolçu son dörd Premyer Liqa oyununda altıncı qolunu vurub.
Foden 69-cu dəqiqədə Rayan Şerkinin ötürməsindən sonra adını tabloya yazdırıb. Həmin oyunda “Mançester Siti”nin digər iki qolunu Erlinq Holand vurub. Daha əvvəl Foden 15-ci turda “Sanderlend”lə oyunda (3:0) bir dəfə, 14-cü turda “Fulhem”lə görüşdə (5:4) iki dəfə və 13-cü turda “Lids”ə qarşı matçda (3:2) dubla imza atıb.
Hazırda Fil Foden yeddi qolla “Mançester Siti”nin ikinci bombardiridir. Siyahıya 17 qolla Erlinq Holand başçılıq edir.
