“Misli Premyer Liqasının yeddinci turunun “Neftçi” - “Sabah” oyununda heç-heçə ehtimalı yüksəkdir”.
Bunu “Neftçi”nin sabiq futbolçusu Asif Əliyev deyib.
O, komandaların şanslarını dəyərləndirib.
“Futboldur, hər şey ola bilər. Lakin bu oyunda heç-heçə olacağını düşünürəm. “Neftçi” evdə yaxşı oynayır, “Sabah” da güclü komandadır. Oktyabrın 13-də Çempionlar Liqasında da matçları var, ola bilsin, bütün güclərini meydana qoymasınlar. Hər iki komandanın şansı var. Hansısa tərəfin qalib gələcəyini əminliklə demək mümkün deyil”, - deyə o report.az-a açıqlamasında söyləyib.
A.Əliyev “Neftçi”nin mövcud durumundan söz açıb:
“Komandanın çıxışı pis deyil, heyəti normaldır. Yalnız müdafiədə bir az problemlər var. “Sabah” isə hücumda çox güclüdür. Məncə, “Neftçi” müdafiəyəmeyilli oyun nümayiş etdirəcək, bəlkə də 5-4-1 sxeminə üstünlük verəcək. Əsas məqsəd xal qazanmaq olmalıdır”.
Qeyd edək ki, “Neftçi” - “Sabah” matçı bu gün “Palms Sports Arena”da, saat 19:30-da başlanacaq. “Neftçi” 15 xalla birinci, eyni xala malik “Sabah” isə ikinci pillədə qərarlaşıb.
