Rafinya “Xetafe” və “Qalatasaray”la oyunları buraxacaq

9 Oktyabr 2026 15:38
92
Rafinya “Xetafe” və “Qalatasaray”la oyunları buraxacaq

“Barselona”nın braziliyalı hücumçusu Rafinya “Xetafe” və “Qalatasaray”la oyunları buraxacaq.

İdman.Biz xəbər verir ki, Kataloniya klubunun baş məşqçisi Hansi Flik futbolçunun qarşıdakı iki matçda iştirak etməyəcəyini açıqlayıb.

Rafinya sentyabrın 29-da Braziliya millisinin Avstraliya ilə yoldaşlıq görüşündə zədələnib.

“Yoxlamaların nəticələri ciddi zədə aşkar etməyib. Lakin ötən mövsüm üç dəfə zədələndiyini nəzərə alsaq, onun vəziyyəti diqqət və müəyyən narahatlıq tələb edir. Biz onun qayğısına qalacağıq. Rafinya “Xetafe” ilə oynamayacaq, həmçinin İstanbulda “Qalatasaray”a qarşı görüşü də buraxacaq”, – deyə Flik bildirib.

Qeyd edək ki, 29 yaşlı hücumçu bu mövsüm bütün turnirlərdə keçirdiyi 8 oyunda 14 qol vurub və 3 məhsuldar ötürmə edib.

İdman.Biz
Məqalədə: