“Araz-Naxçıvan” futbol komandasının baş məşqçisi Yuri Maksimovun fəaliyyətinə müdaxilə edən şəxslər vəzifələrini itirə bilərlər.
İdman.Biz Sportinfo.az-a istinadən xəbər verir ki, bu barədə xəbərdarlığı Naxçıvan Futbol Federasiyasının (NFF) prezidenti Zaur Axundov edib.
İddiaya görə, sentyabrın ikinci yarısında Naxçıvan təmsilçisinin sükanı arxasına keçən ukraynalı mütəxəssis iş prosesinə müdaxilə cəhdləri ilə üzləşdiyini bildirib və bununla bağlı federasiya rəhbərliyinə şikayət edib.
56 yaşlı çalışdırıcının sözlərinə görə, bəzi klub funksionerləri onun məşqçi korpusuna öz namizədlərini daxil etməyə, həmçinin komandanın heyəti ilə bağlı qərarlarına təsir göstərməyə çalışırlar.
Zaur Axundov Maksimovun mövqeyini dəstəkləyərək belə halların təkrarlanmayacağına söz verib. Bildirilib ki, baş məşqçinin işinə müdaxilə edən şəxslər vəzifələrini itirə bilərlər.
