Edqar Adilxanov Belçika çempionatında çıxış edə bilər

9 Oktyabr 2026 16:13
76
Edqar Adilxanov Belçika çempionatında çıxış edə bilər

Azərbaycan millisinin futbolçusu Edqar Adilxanov karyerasını Belçikada davam etdirə bilər.

İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, Belçikanın “Genk” klubu “Şamaxı”da çıxış edən 21 yaşlı yarımmüdafiəçi ilə maraqlanır.

Qarşı tərəf futbolçu üçün Azərbaycan təmsilçisinə rəsmi təklif də göndərib.

Məlumata görə, “Genk” Adilxanovun transferi üçün iki milyon avro (3,818 milyon manat) civarında ödəniş etməyə hazırdır.

Hazırda tərəflər arasında danışıqlar davam edir.

İdman.Biz