Bu gün futbol üzrə Misli Premyer Liqasının yeddinci turunun oyunu “Araz-Naxçıvan” “Kəpəz” arasında baş tutacaq.
İdman.Biz xəbər verir ki, saat 16:00-da start götürəcək qarşılaşmanı Rəşad Əhmədov idarə edəcək.
Cəmi iki xalı olan “Araz-Naxçıvan” turnir cədvəlinin sonuncu – 12-ci pilləsində qərarlaşıb. Yeddi xal toplayan “Kəpəz” isə yeddinci yerdədir.
Misli Premyer Liqası
Birinci dövrə, Yeddinci tur
9 oktyabr
16:00. “Araz-Naxçıvan” - “Kəpəz”
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Tərlan Talıbzadə, Niyaz Əhmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Şamaxı şəhər stadionu
Qeyd edək ki, tura sentyabrın 11-də yekun vurulacaq.
