“Sabah” “Barselona” və “Vilyareal” qarşısına Makkartisiz çıxacaq

23 Noyabr 2026 18:17
36
“Sabah” “Barselona” və “Vilyareal” qarşısına Makkartisiz çıxacaq

“Sabah” Çempionlar Liqasının liqa mərhələsində İspaniya klubları ilə keçirəcəyi növbəti iki qarşılaşmada müdafiəçi Eyden Makkartinin xidmətindən yararlana bilməyəcək.

İdman.Biz UEFA-ya istinadən xəbər verir ki, turnirin beşinci turu ərəfəsində yayımlanan intizam siyahısında futbolçunun həm beşinci, həm də altıncı turda cəzalı olduğu göstərilib.

Bu səbəbdən cənubi afrikalı mərkəz müdafiəçisi noyabrın 25-də “Barselona” ilə ev, dekabrın 8-də isə “Vilyareal”la səfər görüşünü buraxacaq.

Makkarti dördüncü turda Norveçin “Vikinq” komandası ilə səfər qarşılaşmasının 77-ci dəqiqəsində qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Həmin görüş “Sabah”ın 1:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

İdman.Biz