33 ildən sonra futbol həyəcanı: Bulaqlıdakı “Marafon” stadionundan GÖRÜNTÜLƏR - VİDEO

9 Oktyabr 2026 14:53
93
33 ildən sonra futbol həyəcanı: Bulaqlıdakı “Marafon” stadionundan GÖRÜNTÜLƏR - VİDEO

Peşəkar Futbol Liqası (PFL) Sabirabad rayonunun Bulaqlı kəndində yerləşən “Marafon” stadionundan görüntülər paylaşıb.

İdman.Biz xəbər verir ki, uzun illər istifadəsiz qalan stadion əsaslı təmirdən sonra 33 illik fasilənin ardından yenidən futbolsevərlərin ixtiyarına verilib.

Oktyabrın 8-də arenada bərpadan sonrakı ilk qarşılaşma keçirilib. “Dinamo” (Bakı) və “Marafon” (Sabirabad) komandalarının üz-üzə gəldiyi oyunla kənddə futbol ənənəsi yenidən canlanıb.

Qarşılaşma “Marafon”un 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Həmin görüntüləri təqdim edirik.

İdman.Biz
Məqalədə: