Polşa klubu Xaybulayevi istədi, Puxaç “buraxmırıq” dedi - FOTO/VİDEO

9 Oktyabr 2026 13:53
120
Polşa klubu Xaybulayevi istədi, Puxaç “buraxmırıq” dedi - FOTO/VİDEO

“Sabah”ın və Azərbaycan millisinin yarımmüdafiəçisi Abdulla Xaybulayev karyerasını Polşa çempionatında davam etdirə bilər.

İdman.Biz xəbər verir ki, Polşa mətbuatına istinadən “Rakuv” klubunun 25 yaşlı futbolçu ilə maraqlandığını yazıb.

Məlumata görə, Polşa təmsilçisi mərkəz yarımmüdafiəçisini yaxından izləyir və onun transferi ilə bağlı mümkün variantları dəyərləndirir.

“Transfermarkt” portalı Xaybulayevin bazar dəyərini 450 min avro qiymətləndirir.

“Sabah”ın polşalı müdafiəçisi Timoteuş Puxaç da komanda yoldaşı ilə bağlı transfer iddiasına münasibət bildirib. O, sosial şəbəkədə sözügedən paylaşımın altına “nie oddamy” (“Buraxmırıq”) şərhini yazıb.

Qeyd edək ki, hələlik Xaybulayevin “Rakuv”a keçidi ilə bağlı rəsmi məlumat yoxdur.

İdman.Biz