“Sumqayıt” “Qəbələ”yə qarşı oyuna neçə itki ilə çıxacaq? - KLUBDAN İDMAN.BİZ-ə AÇIQLAMA

9 Oktyabr 2026 12:27
112
“Sumqayıt” “Qəbələ”yə qarşı oyuna neçə itki ilə çıxacaq? - KLUBDAN İDMAN.BİZ-ə AÇIQLAMA

Futbol üzrə Misli Premyer Liqasının yeddinci turunda “Qəbələ”ni qəbul edəcək “Sumqayıt”ın heyətində itkilər müəyyənləşib.

“Kimyaçılar”ın mətbuat katibi Zaur Xudiyev İdman.Biz-ə verdiyi məlumata görə, “Sumqayıt”ın kapitanı Səbuhi Abdullazadə sözügedən oyunda iştirak edə bilməyəcək.

Xatırladaq ki, o, beş ay yaşıl meydanlardan kənarda qalacaq. Yarımmüdafiəçi “Neftçi”yə qarşı Misli Premyer Liqasının birinci turunun qarşılaşmasının 74-cü dəqiqəsində qırmızı vərəqə aldıqdan sonra meydandan kənarda əli ilə dəhlizin şüşəsini sındırıb. Böyük şüşə parçası ayağına düşərək onu ciddi zədələyib.

Qeyd edək ki, “Sumqayıt” - “Qəbələ” görüşü oktyabrın 10-da keçiriləcək. “SOCAR Polymer Arena”da reallaşacaq görüşün start fiti 19:30-da səsləndiriləcək. “Sumqayıt” iki xalla turnir cədvəlinin 11-ci pilləsində yer alıb. Dörd xala malik “Qəbələ” isə doqquzuncudur.

İdman.Biz