Braziliyalı futbolçu “Flamenqo” ilə oyunda fasilədən sonra meydana çıxaraq iki penalti zərbəsini dəqiq yerinə yetirib.
İdman.Biz xəbər verir ki, Braziliya çempionatının 29-cu turunda “Santos” doğma meydanda lider “Flamenqo” ilə 2:2 hesablı heç-heçə edib.
Qarşılaşmanın ilk hissəsində Danilo və Lukas Paketa fərqlənərək qonaqları iki top fərqi ilə önə keçiriblər. Fasilədən sonra meydana çıxan Neymar isə komandasının geridönüşünə imza atıb.
Braziliyalı hücumçu 81-ci və 87-ci dəqiqələrdə penalti zərbələrini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib. Beləliklə, “Santos” məğlubiyyətdən xilas olub və bir xal qazanıb.
View this post on Instagram
