Fransa Liqa 1: “Lion” evdə “Havr”ı minimal hesabla məğlub etdi

Xəbərlər
14 Dekabr 2025 20:41
66
Fransa Liqa 1: “Lion” evdə “Havr”ı minimal hesabla məğlub etdi

Fransanın “Lion” klubu Liqa 1-in 16-cı turunda doğma meydanda “Havr” üzərində qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, qarşılaşma “Lion”un 1:0 hesablı üstünlüyü ilə yekunlaşıb. Oyunda vurulan yeganə qol 52-ci dəqiqədə meydan sahiblərinin yarımmüdafiəçisi Pavel Şultsun adına yazılıb.

Bu qələbədən sonra “Lion” xallarının sayını 27-yə çatdıraraq Fransa çempionatının turnir cədvəlində beşinci pilləyə yüksəlib. “Havr” isə 15 xalla 15-ci sırada qərarlaşıb.

Növbəti turda “Lion” səfərdə “Monako”nun qonağı olacaq, “Havr” isə evdə “Anje”ni qəbul edəcək.

İdman.Biz

Məqalədə: