Kriştianu Ronaldunun həyat yoldaşı Corcina Rodriges Portuqaliya millisinin baş məşqçisi Jorje Jezuşu sərt şəkildə tənqid edib.
İdman.Biz xəbər verir ki, Rodriges sosial şəbəkədəki “stories” paylaşımında “The Touchline” nəşrinin Jezuşun Ronaldoya münasibəti ilə bağlı yayımladığı, ser Aleks Ferqyusona aid edilən sitatı paylaşıb. Ardınca isə o, “Mən bu insanın adında necə İsa (Jesus) ola biləcəyini anlamıram” sözlərini yazıb.
Qeyd edək ki, Ronaldo Millətlər Liqasında Danimarka ilə oyundan əvvəl Jezuşun onun ehtiyatda qalacağını açıqlamasından sonra milli komandanın düşərgəsini tərk edərək şəxsi təyyarə ilə Madridə yollanıb. Portuqaliyalı hücumçu daha sonra vaxtı gələndə bu qərarın səbəbləri barədə həqiqəti danışacağını bildirib.
Corcina Rodriges paylaşımını bir neçə dəqiqə sonra silib.
