Ronaldunun gedişindən sonra Portuqaliya millisinin sosial şəbəkə hesabında böyük itki

3 Oktyabr 2026 21:24
75
Ronaldunun gedişindən sonra Portuqaliya millisinin sosial şəbəkə hesabında böyük itki

Portuqaliya millisinin rəsmi sosial şəbəkə hesabının izləyicilərinin sayı Kriştianu Ronaldunun komandadan ayrılmasından sonra 2 milyondan çox azalıb.

İdman.Biz xəbər verir ki, oktyabrın 3-nə olan məlumata görə, Portuqaliya millisinin hesabını 22,9 milyon nəfər izləyir. Ronaldunun baş məşqçi Jorje Jezusla yaşadığı münaqişədən əvvəl isə bu rəqəm 25 milyondan çox olub.

Məlumata görə, Ronaldunun UEFA Millətlər Liqasının ikinci turunda Norveçlə (2:1) oyunda meydana buraxılmaması ilə bağlı məşqçi ilə yaşadığı fikir ayrılığı münaqişəyə səbəb olub. Hücumçu əvvəlcə millinin məşqlərini boykot edib, daha sonra isə komandanın düşərgəsini tərk edib.

Qeyd edək ki, Portuqaliya Ronaldusuz ilk oyununda Danimarkanı 4:2 hesabı ilə məğlub edib.

İdman.Biz