“Karvan-Yevlax”ın müdafiəçisi Elvin Yunuszadə Azərbaycan Premyer Liqasında 200-cü oyununa çıxıb.
İdman.Biz xəbər verir ki, 33 yaşlı futbolçunun yubileyi Misli Premyer Liqasının XIV turunda “Şamaxı”ya qarşı keçirilən görüşə təsadüf edib.
E.Yunuszadə matça start heyətində başlayıb və 69 dəqiqə meydanda olub. Qarşılaşma “Karvan-Yevlax”ın 0:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Elvin Yunuszadə indiyədək Premyer Liqada 8 qol vurub. O, karyerası ərzində “Neftçi” (75 oyun, 1 qol), “Qarabağ” (52 oyun, 3 qol), “Simurq” (31 oyun, 2 qol), “Səbail” (23 oyun, 2 qol), “Karvan-Yevlax” (12 oyun), “Kəpəz” (5 oyun) və “Sabah”da (2 oyun) çıxış edib.
Təcrübəli müdafiəçi Azərbaycan çempionatları tarixində yüksək liqada 200 və daha çox oyun keçirən 157-ci futbolçu olub.
