Misli Premyer Liqası: “Araz-Naxçıvan” - “Kəpəz” oyununda hesab açılıb - CANLI

Xəbərlər
9 Dekabr 2025 17:40
120
Misli Premyer Liqası: “Araz-Naxçıvan” - “Kəpəz” oyununda hesab açılıb - CANLI

Misli Premyer Liqasının XIV turunun “Araz-Naxçıvan” - “Kəpəz” oyununda hesab açılıb.

İdman.Biz xəbər verir ki, 38-ci dəqiqədə Coşqun Diniyev “Araz-Naxçıvan” klubunu hesabda irəli çıxarıb - 1:0.

17:00

Misli Premyer Liqasının XIV turunun “Araz-Naxçıvan” - “Kəpəz” oyunu start götürüb.

İdman.Biz xəbər verir ki, oyunu hakim İnqilab Məmmədov idarə edir.

16:19

“Araz-Naxçıvan” Misli Premyer Liqasının XIV turunda “Liv Bona Dea Arena” stadionunda “Kəpəz”i qəbul edir.

İdman.Biz xəbər verir ki, komandalar saat 17:00-da start götürəcək oyunda meydana aşağıdakı heyətlərlə çıxacaq:

“Araz-Naxçıvan”: 12. Kristian Avram 34. Urfan Abbasov (k) 3. Bəxtiyar Həsənalızadə 5. Slavik Alxasov 8. Coşqun Diniyev 16. Ramon Maçado 6. Patrik Andrade 29. Vanderson Melo 17. İssuf Paro 23. Nuno Rodriqes 70. Şarl Boli
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli 2. Qara Qarayev 14. Ülvi İsgəndərov 26. Ömər Buludov 22. Elçin Mustafayev 24. Mustafa Əhmədzadə 77. Bruno Franko 19. Bar Kohen
Baş məşqçi: Elmar Baxşıyev

“Kəpəz”: 33. Yusif İmanov 27. Məqsəd İsayev 7. Ehtiram Şahverdiyev 77. Fərid Nəbiyev 5. Rauf Hüseynli 88. Şakir Seyidov 17. Ümid Səmədov 29. Dioqo Verdaska (k) 14. Adama Fofana 10. Ryonosuke Ohori 6. Pedro Qomeş
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 81. Elgün Bayramov 99. Əli Səmədov 15. Raul Məmmədov 53. Şahmar Aşurov 20. Elcan Əbilov 23. Fərid Kələntərov 66. Arzu Atakişiyev 38. Cefferson Bentu
Baş məşqçi: Azər Bağırov

09:20

Bu gün Misli Premyer Liqasının XIV turunda növbəti oyunlar keçiriləcək.

İdman.Biz xəbər verir ki, turun dördüncü oyun günündə “Araz-Naxçıvan” “Kəpəz”lə üz-üzə gələcək.

Qarşılaşma saat 17:00-da start götürəcək. Naxçıvan təmsilçisi turnir cədvəlində 20 xalla 6-cı, Gəncə klubu 6 xalla 11-ci pillədə qərarlaşıb.

Misli Premyer Liqası
II dövrə, XIV tur
9 dekabr
17:00. “Araz-Naxçıvan” - “Kəpəz”

Hakimlər: İnqilab Məmmədov, Müslüm Əliyev, Rahil Ramazanov, İslam Məmmədov.
VAR: Elçin Məsiyev.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Liv Bona Dea Arena”

Qeyd edək ki, turun əvvəlki matçlarında “Şamaxı” “Karvan-Yevlax”ı (3:0), “Sabah” “Neftçi”ni (2:0) məğlub edib. “Zirə” - “Qarabağ” qarşılaşmasında qalib müəyyənləşməyib - 1:1. “Qəbələ” - “Turan Tovuz” oyunu isə əlverişsiz hava şəraitinə görə təxirə salınıb.

İdman.Biz