Hakimin “Real”da qırmızı vərəqə göstərdiyi üçüncü futbolçu da bəlli oldu

Xəbərlər
8 Dekabr 2025 02:35
29
Hakimin “Real”da qırmızı vərəqə göstərdiyi üçüncü futbolçu da bəlli oldu

İspaniyanın “Real Madrid” komandası “Selta” ilə oyunda 3 qırmızı vərəqə alıb.

İdman.Biz xəbər verir ki, ilk qırmızı vərəqəni alan 64-cü dəqiqədə Fran Qarsiya olub. Oyunun uzatma dəqiqəsində - 92-ci dəqiqədə isə Karreras meydandan qovulub. Hakim tərəfindən qırmızı vərəqə göstərilən üçüncü futbolçu Endrik olub.

Cari mövsümdə əsas komandada cəmi 11 dəqiqə meydanda olan Endrik intizam pozuntusuna görə cəzalandırılıb və avtomatik diskvalifikasiya edilib.

Bu qərar Madrid təmsilçisinin heyətində itkiləri bir qədər də artırıb və baş məşqçi üçün rotasiya imkanlarını daraldıb.

Rodriqo isə artıq 31-ci oyundur ki, klub üçün qol vura bilmir.

İndi madridlilər "Barselona"dan 4 xal geri qalırlar.

İdman.Biz

Məqalədə: