İngiltərə Premyer Liqası: “Kristal Pelas” son dəqiqə qolu ilə qalib gəldi

Xəbərlər
7 Dekabr 2025 22:53
48
İngiltərə Premyer Liqası: “Kristal Pelas” son dəqiqə qolu ilə qalib gəldi

İngiltərə Premyer Liqasının 15-ci turunda “Kristal Pelas” səfərdə “Fulhem” üzərində dramatik 2:1 hesablı qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, qarşılaşmada hesab 20-ci dəqiqədə qonaqların hücumçusu Edvard Nketianın qolu ilə açılıb. 38-ci dəqiqədə “Fulhem”dən Harri Uilson tarazlığı bərpa edib. Matçın taleyini isə 87-ci dəqiqədə “Kristal Pelas”ın müdafiəçisi Mark Qehi həll edib.

Bu qələbədən sonra “Kristal Pelas” 26 xalla İngiltərə çempionatının 2025/26 mövsümündə turnir cədvəlinin 4-cü pilləsinə yüksəlib. “Fulhem” isə 17 xalla 15-ci pillədə qərarlaşıb.

Növbəti turda “Kristal Pelas” doğma meydanda “Mançester Siti”ni qəbul edəcək, “Fulhem” isə səfərdə “Bernli” ilə qarşılaşacaq.

İdman.Biz

Məqalədə: