“Qalatasaray”da itki

15 Dekabr 2023 17:18
498
“Qalatasaray”da itki

“Qalatasaray” itki ilə üzləşib.

İdman.biz xəbər verir ki, Serjiu Oliveyra klubun son məşqində zədələnib.

Onun sinə əzələsində qopma baş verib. Futbolçunun 3-4 həftə yaşıl meydanlardan kənar qalacağı bildirilir. O, əməliyyat olunacağı halda isə vaxt 1,5 aya qədər uzanacaq.

Qeyd edək ki, İstanbul klubu Avropa Liqasında 1/16 final mərhələsində “Qarabağ”ın potensial rəqibləri sırasında yer alıb.

İdman.biz