“Evlaaaaat” şərhi gündəm oldu - FOTO

Xəbərlər
7 Dekabr 2025 15:00
47
“Evlaaaaat” şərhi gündəm oldu - FOTO

Türkiyənin “Qalatasaray” futbol komandasının müdafiəçisi Abdülkerim Bardakcı “Başakşəhər” - “Fənərbağça” oyunundan sonra Bertuğ Yıldırımın sosial şəbəkə paylaşımına yazdığı şərhlə gündəmə gəlib.

İdman.Biz xəbər verir ki, Türkiyə Superliqasının 15-ci turunda “Fənərbağça” səfərdə “Başakşəhər”lə 1:1 hesablı heç-heçə edib. Həmin görüşdə İstanbul təmsilçisinə 1 xal qazandıran qolu vuran hücumçu Bertuğ Yıldırım matçdan sonra sosial şəbəkə hesabında paylaşım edərək “Davam..” ifadəsini yazıb.

Bu paylaşıma “Qalatasaray”ın təcrübəli stopperi Abdülkerim Bardakcı isə “Evlaaaaat” şərhini yazıb. Onun reaksiyası qısa müddətdə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və azarkeşlər arasında maraqla qarşılanıb.

İdman.Biz