Bizon Azərbaycan Kubokunun 1/8 final mərhələsində cəmi 19 qol vurulub.
İdman.Biz Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, səkkiz oyunun baş tutduğu mərhələdə orta məhsuldarlıq 2,375-ə bərabər olub.
Bu, son 14 mövsümün ən aşağı göstəricisidir. 1/8 finalda daha aşağı məhsuldarlığa sonuncu dəfə 2011/2012 mövsümündə təsadüf olunub. Həmin vaxt 7 qarşılaşmada 14 qol vurulub. Orta göstərici 2,00-a bərabər olub.
Qeyd edək ki, ötən mövsümün 1/8 finalında 27 qol qeydə alınmışdı.
