Nadir Nəbiyev “Şəfa” futbol klubunun akademiya rəhbəri vəzifəsinə təyin olunub.
İdman.Biz-in paytaxt təmsilçisinə istinadən məlumatına görə, Azərbaycan millisinin sabiq hücumçusu bundan sonra I Liqa kollektivinin uğurları üçün çalışacaq.
Nadir Nəbiyev peşəkar futbolçu kimi “Neftçi”, “Turan” və “Xəzər Lənkəran” klublarının heyətində çıxış edib.
