Cəlilabadda yeniyetmənin Messisayağı qolu: Kənd sakini AFFA-ya səsləndi - VİDEO

Xəbərlər
3 Dekabr 2025 20:00
40
Cəlilabadda yeniyetmənin Messisayağı qolu: Kənd sakini AFFA-ya səsləndi - VİDEO

Cəlilabadda yeniyetmələr arasında təşkil edilən futbol oyunu maraqla qarşılanıb.

İdman.Biz xəbər verir ki, sakinlərindən biri qarşılaşmanı çəkərək sosial şəbəkələrdə paylaşıb və AFFA-ya müraciət edib.

“Azərbaycanda futbol yoxdur, deyirlər. AFFA-nın bu uşaqlardan xəbəri yoxdur. Bu uşaqların topla hansı hərəkətlər etdiyini görsəniz, əmin olarsınız ki, Azərbaycanda futbolda var, futbolçu da” - deyə kənd sakini vurğulayıb.

Şəhriyar Səmədov

İdman.Biz