Almaniya kubokunda 16 yaşında fərqlənən futbolçu Bellinqemin rekordunu üstələdi

Xəbərlər
3 Dekabr 2025 13:06
32
Almaniya kubokunda 16 yaşında fərqlənən futbolçu Bellinqemin rekordunu üstələdi

Almaniyanın “Herta” klubu Almaniya Kubokunun 1/8 finalda böyükhesablı qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, “Herta” doğma meydanda “Kayzerslautern”i 6:1 hesabı ilə məğlub edib.

Qonaqların qapısından bir qolu berlinlilərin 16 yaşlı almaniyalı yarımmüdafiəçisi Kennet Ayxhorn vurub.

Bununla da gənc futbolçu Kennet 16 yaş 128 gündə qol vurmaqla Cud Bellinqemə məxsus rekordu təzələyib. O, İkinci Dünya müharibəsindən sonra Almaniya Kubokunda qol vuran ən gənc futbolçu adına sahib çıxıb. Bellinqem bu uğura 17 yaş 77 gündə imza ata bilmişdi.

İdman.Biz